Metrodakı problemin səbəbi nə olub? - AÇIQLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün "Bakı Metropoliteni"ndə baş verən nasazlıq bir sıra stansiyalarda sıxlığa səbəb olub. Bakı metrosunda "yaşıl xətt" - "Əhmədli-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 may" stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib və sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb.
Yaranmış sıxlığın tənzimlənməsi üçün "Bakı Metropoliteni"nin əməkdaşları hərəkətə keçib və bu tənzimlənmə bir saat davam edib.
Axşam saatlarında məlumat verilib ki, Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı aidiyyəti sahələrin iştirakı, müfəttişliyin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq.
Modern.az araşdırmanın nəticələrini öyrənmək üçün "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədovla danışıb.
O bildirib ki, "Bakı Metropoliteni"ndə baş verən hər bir hadisə araşdırılır. Mətbuat katibi ilkin araşdırmanın nəticələrinin artıq bəlli olduğunun vurğulayıb.
"İlkin araşdırmanın nəticələri artıq bəllidir. Məsələyə iki aspektdən baxılır: baş vermiş nasazlığın özü və işçi personalının bu anda davranışı, atdığı addımlar. "28 May" stansiyasında ən sıx sərnişin axının olduğu vaxtda işçi personalının sərnişənlərin vaqondan düşürülməsi prosesini, eyni zamanda stansiyada sərnişin sıxlığının tənzimlənməsi prosesində verdiyi qərarlar müzakirə edilib. Stansiyada operativ qaydada sərnişin sıxlığı olsa belə, həmin dövrdə ən uzun çəkən proses bu olub. Sərnişinlər düşürülüb və intervalda 8 dəqiqə gecikmə yaranıb. Bu proses qaydasında icra olunub. Sərnişinlərin stansiyaya buraxılması prosesində də operativlik nümayiş olunub. Bunun nəticəsində stansiyada sərnişinlərin xəsarət alması, hər hansı fəsadın baş verməsi olmayıb. Bu səbəbdən tək "28 May" stansiyasında yox, Yaşıl və Qırmızı Xəttin bütün stansiyalarında eyni proseslər olduğundan sərnişin sıxlığı yaşanan stansiyalarda, məsələn "Elmlər Akademiyası"nda operativ qərar verilməsi, işçi personalın iş rejimi yoxlanılıb. Hər şey qaydasında olub. Bu səbəbdən bir daha qeyd edirəm ki, hər hansı sərnişinin xəsarət almayıb".
Bəxtiyar Məmmədovun sözlərinə görə, burada ikinci ən vacib nüans maşinistin verdiyi qərarla bağlıdır:
"Maşinist idarəetmə pultuna daxil olan siqnal əsasında ən doğru qərarı verib, qısa zamanda nöqsan ehtimalını nəzərə alaraq və "Bakı Metropoliteni"nin normativlərinə uyğun olaraq, sərnişinlərin düşürülməsini zəruri hesab edib və daha sonrakı prosesin 8 dəqiqəyə qədər uzanması sərnişilərin düşürülməsi ilə bağlı olub. Bu gün "Bakı Metropoliteni"nin bütün stansiyalarında ən yaxşı cəhətlərdən biri odur ki, qatarların idarəetmə pultu bəzi nasazlıqlarla bağlı qabaqcadan da məlumat verə bilir. Bu, sistemdə olan avadanlıqların normativlərə hansı dərəcədə uyğun olmasını göstərir. Nöqsanla bağlı maşinistin kabinəsinə daxil olan ötürücü siqnal əsasında ilkin araşdırmanın nəticəsi budur ki, nasazlıq faktı olub, lakin o dərin araşdırılmalıdır. Ən əsası odur ki, sərnişinlərin xəsarət almasına səbəb olacaq nasazlıq olmayıb. İkinci məqam ondan ibarətdir ki, sərnişinlərlə birgə qatar hərəkət edə bilsə belə, "Bakı Metropoliteni"nin normativlərinə uyğun olaraq, sərnişin hər şeydən vacib olduğu üçün onların düşürülməsi doğru qərar olub. Bundan sonrakı araşdırmalarla bağlı zərurət olarsa, ictimaiyyətə məlumat veriləcək. Burada təmirdən sonra fəsad olmayıb, bu, qatarın gündəlik hərəkətində baş vermiş hadisədir. Xüsusi problemli məsələ deyil".
Mətbuat katibi məsələnin həlli yolundan da danışıb:
"Məsələnin həlli ondan ibarətdir ki, Yaşıl və Qırmızı Xətlərin stansiyaları bir-birindən ayrılmalıdır. Hər bir xətt metro sistemində olan tələblərə uyğun olaraq ayrı fəaliyyət göstərməli, onun özünün ayrı infrastrukturu, deposu olmalıdır. Dünənki hadisə zamanı Yaşıl Xəttin öz deposu olsaydı, hətta xətlər birləşmiş olduğu halda "Dərnəgül" elektrik deposundan xəttə buraxılacaq hər hansı qatar ən azı bir istiqamətdə sərnişin sıxlığını tənzimləməkdə rol oynaya bilərdi. Artıq Bakı şəhərinin "Baş Planı" təsdiq edilib, ona görə də bu sahədə işlər gedir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hava ilə bağlı son məlumat
-
“Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
-
Böyükşor yolunda ağır qəza
-
Kürdəmirdə kişi arvadını telefonla döydü
-
Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü - (Video)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciət edib - Canlı
-
Hava ilə bağlı son məlumat
-
8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur - Şahbaz Şərif
-
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Paşinyan: “Avropada sığınacaq almaq üçün gey olduqlarını deyirlər"
-
“Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
-
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
-
Messinin çantası diqqət çəkdi (Foto)
-
Zəfərimiz Azərbaycanın milli iradəsinin və dövlət qətiyyətinin nəticəsidir - Kamaləddin Qafarov
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Böyükşor yolunda ağır qəza
-
Kürdəmirdə kişi arvadını telefonla döydü
-
Zəfər Günümüz Kolumbiyada: Azərbaycanın tarixi Qələbəsi Boqotada təbliğ edilir (Foto)
-
Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü - (Video)
-
Türkiyənin məşhur aktyorlarının gənclik görüntüləri gündəm oldu – İllər onları necə dəyişib? - (Foto)
-
Əcnəbinin Azərbaycan mahnısını ifası diqqət çəkdi – "Zəfər Günü"nü belə qeyd etdilər - (Video)
-
Zəfər Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb (Foto)
-
Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
-
Yaponiyada güclü zəlzələ





