Azərbaycanda bank girov qoyulan əmlakları satdı - ŞİKAYƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxt sakinləri - Adil Xəlil oğlu Nəsirov, Mehriban Əli qızı Nəsirova və Əfqan Atdıxan oğlu Qasımov Yapı Kredi Bank Azərbaycandan şikayətçidir.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, şikayətçilər bir müddət əvvəl daşınmaz əmlaklarını sözügedən banka girov qoymaq yolu ilə kredit götürüblər. Amma sonradan kreditin ödənilməsi gecikdiyi üçün bank müştərilərin xəbəri olmadan həmin əmlakları hərraca çıxarıb və girovda olan əmlaklar hərrac yolu ilə satılıb. Əldə olunmuş vəsait bankın hesabına köçürülüb.
Sonradan iddiaçılar banka olan borclarının böyük hissəni ödəyiblər və əmlaklarını geri tələb ediblər. Bank isə əmlaklar satıldığı üçün onların qaytarılmasını qeyri-mümkün hesab edib.
Şikayətçilər iddia ediblər ki, bank onların xəbəri olmadan qanunsuz olaraq əmlakları satıb. Uzun müddət bankla iddiaçılar arasında mübahisə gedib. Lakin ortalıqda əmlak olmadığı üçün tədbir görmək mümkün olmayıb.
Şikayətçilər mənzillərin geri qaytarılması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmədə məlum olub ki, əmlaklar üçüncü şəxsə satıldığı üçün tədbir görülməsi mümkünsüzdür. Beləliklə, iddiaçıların şikayəti baxılmamış saxlanılıb.
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, qanuna görə belə hallarda bank vətəndaşa bildiriş göndərməlidir:
"Vətəndaşın xəbəri olmadan satışın həyata keçirilməsi yeni qanunvericiliklə mümkün olan hal deyil. Əgər belə baş veribsə, bu, artıq ciddi qanun pozuntusudur. Vətəndaş məhkəməyə müraciət edib öz hüquqlarını tələb etməlidir. Bankın dəymiş zərəri ödəməsi təmin edilməlidir".
Hüquqşünas Sahib Məmmədov da deyib ki, qanunvericiliyə görə, vətəndaşın xəbəri olmadan girov qoyulan əmlak satışa çıxarıla bilməz:
"Əgər vətəndaş bu prosesdən xəbərsiz olduğunu deyirsə, o, məhkəməyə müraciət etməlidir. Lakin bunda da qazanma şansı azdır, çünki banklar formal olaraq öz işlərini görür".
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankının (AMB) müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksində adı çəkilən üç bankdan biridir.
Xatırladaq ki, Yapı Kredi Bank Azərbaycan QSC 11 yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır. 2005-ci ilin sentyabr ayında Türkiyədəki "Yapı Kredi Bankası" A.Ş.-də, həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini Yapı Kredi Bank Azərbaycan QSC adı ilə davam etdirir. Yapı Kredi Bank Azərbaycan QSC Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışlarının məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)





