COP29 çərçivəsində “Silk Way Alat Free Economic Zone” şirkəti və ICAO arasında yaşıl hava limanı və karqo kəndinə dair strateji razılaşma imzalanıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Silk Way Alat Free Economic Zone" şirkəti (SW AFEZCO) və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) COP29 çərçivəsində dayanıqlı aviasiyanın inkişafı istiqamətində mühüm bir addım olan strateji razılaşma imzalayıb. Ələt Azad İqtisadi Zonasında sertifikatlaşdırılmış yaşıl hava limanı və karqo kəndinin yaradılması üçün ortaq baxış və ümumi öhdəliyi təcəssüm etdirən bu əməkdaşlıq həm ICAO-nun, həm də Azərbaycan Respublikasının ekoloji dayanıqlılıq məqsədlərinə cavab verir.
Bu əməkdaşlıq həm milli qanunvericiliyə, həm də beynəlxalq ətraf mühitin mühafizəsi standartlarına əsaslanacaq ekoloji cəhətdən dayanıqlı hava limanı əməliyyatlarını inkişaf etdirmək məqsədi daşıyır. Əsas diqqət mərkəzində olan sahələrə "Yaşıl Hava Limanı" sertifikatına nail olmaq üçün ICAO-nun texniki təlimatı, sənayedə aparıcı ekoloji təcrübələrin inteqrasiyası və Ələt Azad İqtisadi Zonasının dayanıqlı hava limanı əməliyyatları üçün etalon kimi yaradılması üçün innovasiyalar daxildir.
ICAO təşkilatının Avropa və Şimali Atlantika Bürosunun direktoru Nikolya Rallo qeyd edib ki, təşkilatın "yaşıl hava limanının" yaradılması üçün SW AFEZCO ilə əməkdaşlığı aviasiya sahəsində dayanıqlı modeli hədəfləyən birgə istəyi təcəssüm etdirir: "Bu, iqtisadi artıma töhfə verməklə yanaşı, regionda ekoloji məsuliyyət üçün yeni standartlar müəyyən edəcək. Bu razılaşma Azərbaycan Respublikası ilə ICAO arasında mülki aviasiyanın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Hava nəqliyyatının dayanıqlı gələcəyi naminə irəliyə doğru birgə addım atacağıq".
Öz növbəsində, "Silk Way Group"-un prezidenti Zaur Axundov bu tərəfdaşlığın ekoloji məsuliyyətə dair sarsılmaz öhdəliyi əks etdirdiyini və regionda dayanıqlı hava limanı və karqo əməliyyatları üçün transformativ standart müəyyən etdiyini vurğulayıb: "COP29 kimi əhəmiyyətli bir forumda ICAO ilə qüvvələrimizi birləşdirərək aviasiya üçün daha yaşıl gələcəyə olan baxışımızı gerçəkləşdirməkdən qürur duyuruq".
Əməkdaşlığın məqsədi aşağı karbonlu texnologiyalar, tullantıların idarə edilməsi üzrə qabaqcıl sistemlər və dayanıqlı enerji həllərini hava limanının dizayn və əməliyyatlarına inteqrasiya etməklə konkret dayanıqlılıq məqsədlərinə nail olmaqdır. Bu səylər aviasiya logistikası ilə bağlı ətraf mühitə təsirləri əhəmiyyətli dərəcədə azaldaraq yaşıl hava limanı və karqo kəndinin beynəlxalq standartlara cavab verməsini təmin edəcək.
SW AFEZCO və ICAO aviasiya sənayesi üzrə bütün maraqlı tərəfləri qlobal logistika və infrastruktur üçün dayanıqlı gələcəyin yenidən şəkilləndirilməsi prosesində onlara qoşulmağa dəvət edir. Ələt Azad İqtisadi Zonasında "yaşıl hava limanı" yaratmaqla onlar sadəcə öhdəliklərini yerinə yetirmək deyil, həm də dayanıqlılıq və əməliyyat mükəmməlliyinə birlikdə nail oluna biləcəyini nümayiş etdirərək dünya üzrə oxşar təşəbbüsləri alqışlayırlar.
"Silk Way Group"
2006-cı ildə yaradılmış Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli "Silk Way Group" aviasiya yükdaşımaları üzrə aparıcı Azərbaycan konqlomeratıdır. 2019-cu ildə qrup əməliyyatları sadələşdirmək məqsədilə üç əsas törəmə müəssisəni təsis etdi: çoxyönlü yükdaşımalar təklif edən "Silk Way Airlines", qlobal yükdaşımalar üzrə uçuşlar həyata keçirən "Silk Way West Airlines" və təyyarələrin təmir və texniki xidmətini təmin edən "Silk Way Technics". Dünya üzrə 1700-dən artıq mütəxəssisin çalışdığı bu şirkətlər Azərbaycan iqtisadiyyatına böyük töhfə verir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - (Foto)
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
İmişlidə zəlzələ olub
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - (Foto)
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək





