Ölkə

"Daha güclü səhiyyə sistemlərinin qurulması üçün olduqca vacibdir" - FOTO

13 Noyabr 2024 11:30
Baxış: 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəstəliklərin baş verməsini proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemlərinin inkişafı və davamlı səhiyyə müəssisələrinin qurulması iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək üçün mühüm əhəmiyyət kəsb edir".

Milli.Az bildirir ki,  bu fikirləri COP29 çərçivəsində keçirilən səhiyyə tədbirində Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.

Nazirin sözlərinə görə, sağlamlığın təşviqi milli səviyyədə sağlamlıqla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərinin qurulması üçün olduqca vacibdir: "Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir", - deyə Azərbaycanın səhiyyə naziri vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.