İqlim dəyişikliyi problemindən çıxış yolu dərhal tapılmalıdır - Karolina Paskuali
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası(COP29) çərçivəsində "Greenpeace International" tərəfindən mətbuat konfransı keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Greenpeace Brasil" təşkilatının icraçı direktoru Karolina Paskuali bildirib ki, Braziliya bu sahədəki təşəbbüsünü COP29 çərçivəsində sabah elan edəcək.
"İqlim dəyişikliyi problemindən çıxış yolu dərhal tapılmalıdır. Çünki dünya istər tullantı qazları, istərsə də karbon qazı emissiyalarının atmosferə buraxılmasından əziyyət çəkir".
Tədbirdə "Greenpeace USA" Təşkilatının icraçı direktoru Suşma Ramanın videomüraciəti səsləndirilib.
"İqlim dəyişikliyi ilə mübarizənin aktuallaşmasında xalqlar, vətəndaş cəmiyyətləri, media nümayəndələri və hüquq müdafiəçiləri effektiv rol oynamalıdır. Cəmiyyətlər ilə növbədə müstəmləkəçiliyə qarşı mübarizəni gücləndirməlidir. Bəşəriyyəti xilas etmək üçün bizim çox az vaxtımız var. Bu səbəbdən də yaradılmış imkandan ən səmərəli şəkildə istifadə etməliyik. Bizim başqa çıxış yolumuz yoxdur",- deyə o bildirib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Oğuzda meşədə yanmış meyiti tapılan şəxs vəzifəli şəxs imiş
-
Vergi xidmətində korrupsiya əməliyyatı: Vəzifəli şəxs saxlanıldı - (Yenilənib)
-
Baş mühasib 50 min manatdan çox pulu mənimsəməkdə ittiham edilir
-
Qubada ayı evin həyətinə girdi – (Video)
-
152 minə yaxın şəxslə bağlı yeni xəbər
-
Bakıda özəl məktəblərdə təhsil haqları bahalaşdı - Siyahı
XƏBƏR LENTİ
-
Paşinyan diktatura qurur, Qərb göz yumur
-
Milli Məclisin iclası başladı: Azərbaycanın yeni Ombudsmanı seçilir - (Yenilənib)
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
-
Prezident İlham Əliyev Panama Prezidentini təbrik edib
-
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
-
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
-
Oğuzda meşədə yanmış meyiti tapılan şəxs vəzifəli şəxs imiş
-
Vergi xidmətində korrupsiya əməliyyatı: Vəzifəli şəxs saxlanıldı - (Yenilənib)
-
Baş mühasib 50 min manatdan çox pulu mənimsəməkdə ittiham edilir
-
Qubada ayı evin həyətinə girdi – (Video)
-
152 minə yaxın şəxslə bağlı yeni xəbər
-
Alen Simonyan İrəvan meri olmaq istəyir - Avinyana rəqib çıxdı
-
Arda Gülerin davranışı diqqət çəkdi - (Video)
-
Fransada böyük etiraz dalğası - Hökumət geri çəkilməyə məcbur qalacaq?
-
Bakıda özəl məktəblərdə təhsil haqları bahalaşdı - Siyahı
-
Rusiyanın itkiləri yeniləndi
-
Nikol Paşinyan Brüsselə yollandı
-
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayır
-
Hind aktyoru fanatları ilə görüşə gülləkeçirməz kabinədə gəldi - (Video)
-
Qızıl almaq istəyənlərin diqqətinə - Əsl vaxtdır
-
Çempionlar Liqasında IV turun həyəcanı başlayır – 9 matç var
-
Dünya bazarında neft bahalaşdı





