Ölkə

Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi

8 Noyabr 2024 18:18
Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsinin (DGK) Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib.

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, Komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun verdiyi əmrlə sözügedən vəzifəyə Şamil Həsənli təyin olunub.

Ötən ilin iyul ayında Gəncə Gömrük İdarəsinin rəisi təyin olunmuş Pərviz Qədirov isə Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Şamil Həsənli DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.