Media nümayəndələri COP29 çərçivəsində yekun işlərlə tanış olublar - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Media nümayəndələri COP29 çərçivəsində yekun işlərlə tanış olublar.
Trend xəbər verir ki, mediaturda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və əməliyyatlar üzrə Baş İcraçı Direktoru Nərmin Carçalova və əməliyyat şirkətinin departamentlərinin rəhbərləri iştirak ediblər.
Əvvəlcə qonaqlar COP29 əməliyyat şirkətinə baş çəkib, daha sonra onların elektrobuslarla Bakı Olimpiya Stadionuna transferi təşkil edilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mediatur zamanı vurğulayıb ki, COP29-a hazırlıqla məşğul olan bütün komanda yerli kadrlardan ibarətdir.
"Heydər Əliyev Fondunun və "Regional İnkişaf" İctimai Birliyinin komandası da buradadır", - o bildirib.
A.Ələkbərov qeyd edib ki, tədbir zamanı fotoqrafların və heykəltəraşların bir çox sərgiləri nəzərdə tutulub.
"Bundan əlavə, hər gün onlarla təqdimat keçiriləcək. QHT tədbirlərinin keçirilməsi üçün xüsusi zallar da var ki, bu da Azərbaycanın onların işinə verdiyi dəstəyin təzahürüdür", - A.Ələkbərov bildirib.
Media nümayəndələri ərazidə yaradılan infrastruktur və obyektlər, iştirakçıların qeydiyyat prosesi və digər istiqamətlərdə görülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, hazırda 67 min iştirakçı, həmçinin, COP29-u işıqlandırmaq üçün 3 min 500 media nümayəndəsi qeydiyyatdan keçib.
COP29-un "Yaşıl" və "Mavi Zonalar"ında görülən işlər barədə ətraflı məlumat verilib.
COP29 Əməliyyat Şirkətinin Tərəfdaşlarla əlaqələr sektorunun rəhbəri Leyla Mahmudovanın sözlərinə görə, 56 pavilyonun yerləşdiyi "Yaşıl Zona"nın ümumi sahəsi 37 min 500 kvadratmetrdir.
O qeyd edib ki, bundan əlavə, "Yaşıl" zonada 4 konfrans zalı fəaliyyət göstərir.
"Yaşıl Zona"nın əsas sakinləri xarici və yerli şirkətlər, QHT-lər, media və gənclər qruplarıdır. "Yaşıl Zona" noyabrın 11-dən fəaliyyətə başlayacaq. Burada gündəlik proqramlar keçiriləcək", - L.Mahmudova bildirib.
COP29 Əməliyyat Şirkətinin Məkanların inşası departamentinin direktoru Azər Quliyev isə bildirib ki, BMT-nin istifadəsinə veriləcək ərazi tam hazırdır.
"Hazırlıq işlərinin 92 faizi yerinə yetirilib. Tədbir başlamazdan əvvəl bütün işlər tamamlanacaq. Binaların tikintisində istifadə olunan materialların əksəriyyəti təkrar istifadə ediləcək. Müvəqqəti tikililərin sahəsi 112 min kvadratmetr, BMT-nin istifadə edəcəyi ümumi sahə isə 150 min kvadratmetrdir", - A.Quliyev bildirib.
Ziyarətçilər Azərbaycanın, Türkiyənin, Heydər Əliyev Fondunun pavilyonları ilə də tanış olublar.
Qeyd edilib ki, "Mavi Zona"da yerləşən Azərbaycan pavilyonunun əsas məzmunu Azərbaycanın davamlı inkişaf sahəsində gördüyü işlərə və layihələrə həsr olunub. Bu pavilyonda iki konfrans zalı da olacaq.
Bundan əlavə, media nümayəndələri iaşə obyektlərində olublar.
COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov qeyd edib ki, COP29-un enerji təchizatı ilə bağlı bütün işlər tamamlanıb.
Onun sözlərinə görə, podratçı şirkətlərin əməkdaşları iki aydan artıqdır ki, qida ilə təmin olunur və sınaq rejimi başa çatıb.
O qeyd edib ki, ərazidə tikiləcək yeni qəhvəxana və restoranların təmiri artıq başa çatıb, onların bir çoxu hətta işə başlayıb, sınaqdan keçirilib və hazırda fəaliyyətlərini davam etdirirlər.
"Portaldakı sifarişlərimiz oktyabr ayının əvvəlindən aktivdir, sifarişlərin əksəriyyəti yerinə yetirilib. "Yaşıl Zona"da 56 pərakəndə satış məntəqəsi, iki böyük restoran, 28 qəhvəxana və isti çay məntəqəsi, dünyanın müxtəlif ölkələrindən ərzaq məhsullarının satıldığı 24-dən çox satış məntəqəmiz var. Ümumilikdə, konfrans zamanı təqdim olunan yeməklərin böyük əksəriyyəti, yəni 90 faizdən çoxu yerli məhsullardan ibarət olacaq", - o bildirib.
Media nümayəndələri COP29-a hazırlıq prosesində fəal iştirak edən könüllülərlə də görüşüblər.
Bundan əlavə, COP29 çərçivəsində istifadə olunan hibrid və elektrik avtomobilləri haqqında məlumat verilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü - Detallar
-
Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
-
80 yaşlı Ajda Pekkanın son halı müzakirə yaratdı (Video)
-
Uşağın aqressiv davranışının arxasında hansı səbəblər dayanır? - Müsahibə
-
Qəza dayanma nişanı hansı məsafədə qoyulmalıdır?
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü - Detallar
-
Allergiyanın arxasında başqa səbəb dayana bilər - Tədqiqatçılardan yeni nəzəriyyə
-
Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
-
80 yaşlı Ajda Pekkanın son halı müzakirə yaratdı (Video)
-
Uşağın aqressiv davranışının arxasında hansı səbəblər dayanır? - Müsahibə
-
Qəza dayanma nişanı hansı məsafədə qoyulmalıdır?
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - (Video)
-
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
-
Samir Piriyevin xanımı ilə maraqlı görüntüsü - (Video)
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
Bakıda və rayonlarda hava dəyişir - Yağış, qar və sel xəbərdarlığı
-
Elton Hüseynəliyevin ailəsində xeyir iş
-
Arda Gülərin yeni maaşı bəlli oldu – Kəskin artdı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Alimlər Ay torpağında ilk dəfə kartof yetişdirdilər
-
Aktrisa Dilara: "Estetikim yoxdur, botoks etdirmirəm, özümü gözəl hesab etmirəm”
-
İtkinlər məsələsində ikili yanaşma: Qırmızı Xaçın fəaliyyəti sual altında
-
Bakıda yeni avtobus marşrutu yaradılır
-
İrəvandakı konfransın əsl məqsədi: Ermənistan nədən yayınmağa çalışır?
-
4 010 azərbaycanlının taleyi niyə gizli saxlanılır?
-
Sərxan Kərəmoğlu: "Yazırlar ki, Allah sənə ölümün tezini nəsib eləsin, tez gedəsən"
-
Azərbaycan rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci mövqeyə yüksəlib
-
Kolleclərə qəbul 11-ci sinifdən aparılacaq, qiyabi təhsil ləğv ediləcək
-
Türkan Vəlizadəni “Yeraltı”nın aktrisasına bənzətdilər (Foto)





