General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, nazirliyin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:
polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirov,
polkovnik Gündüz Əliş oğlu Əbdülov,
polkovnik Azər Əlövsət oğlu Qasımov,
ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyev.
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, xüsusi təyinatlı hərbi hissə komandiri Ələkbər Cahangirov Vətən Müharibəsi qəhrəmanıdır. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları ilə, eləcə də "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Milli Müdafiə Universitetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. 2024-cü il yanvarın 12-də Milli Müdafiə Universitetinin rektoru təyin olunub.
Azər Qasımov da Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə "Zəfər ordeni" ilə təltif edilib.
Adıçəkilən şəxslərlə yanaşı ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə də "ədliyyə general-mayoru" ali hərbi rütbəsi verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
XƏBƏR LENTİ
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı
-
Pensiyalar ödənildi
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
Mağazada bu hallara yol verənlər 6 min manat cərimələnə bilər
-
Nazirin üstünə qışqıran hərbçiyə medal verildi





