Ölkə

"Kanallarında bu cinayatlərin qızışdırılmasına dair verilişlər gedir"

7 Noyabr 2024 14:33
Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda məişət zorakılığı artıq demək olar ki, qatı cinayətləri üstələyir. Cinsindən, yaşından, mövqeyindən asılı olmayaraq, məişət cinayətinin qarşısı alınmalıdır".

Milli.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib. 

"Bu gün bunun ən çox əziyyətini çəkən qadınlardır, uşaqlardır, qocalardır. Demək olar ki, tez-tez mediada görürük, oğul atanı öldürdü, qardaş bacını öldürdü və sairə. Mətbəxdə mübahisə düşür, əlinə alır baltanı, vurur təpəsinə. Bu zaman 102-yə zəng gedir. Digər tərəfdən uzunmüddətli psixoloji cinayətlər var. Amma informasiya kanallarında bu cinayatlərin qızışdırılmasına dair verilişlər gedir, nəinki bunun sakitləşdirilməsinə. İnformasiya kanallarında aparıcılar polisə, prokurora tapşırıqlar verirlər. Hüquqi təhsili olmayan, üç qonşunun dediyinə əsasən, aparıcı elə danışır ki, növbəti cinayətə yol açır. Bundan başqa, o verilişdə oturan ekspertlər harada yetişib, harada formalaşıb? Bu, incəsənət oxuyub və o deməkdir ki, insanlara necə yaşamağı öyrətməlidir? 

Digər məsələ, seriallardır. Əvvəllər oğullarımız Koroğluya, Nəbiyə bənzəməyə çalışırdısa, indi seriallardakı kriminal obrazlara, qızlar da Həcərə, Nigara bənzəməyə çalışırdısa, indi müxtəlif obrazlara oxşamağa çalışırlar. Bu, mənəviyyat məsələsidir. Bu problemlərin qarşısı alınmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.