Zaqatalada doğuş zamanı körpə ölüb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.
Belə ki, rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü S.Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.
Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az