Zaqatalada doğuş vaxtı körpə öldü

4 Noyabr 2024 13:36

Zaqatalada doğuş zamanı körpə ölüb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.

Belə ki, rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü S.Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az