Ölkə

Bakı Pxuket adasını geridə qoydu - bu ölkənin turistlərinin noyabr üçün seçimi

24 Oktyabr 2024 13:33
Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı rusiyalı turistlərin noyabr üçün ən populyar istiqamətlərindən biri olub və Tailandın Pxuket adasını geridə qoyub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Gazeta.Ru" məlumat yayıb.

Aviabiletlərin axtarışı üzrə aparıcı sistemlərdən biri tərəfindən təqdim edilən statistikaya əsasən, Azərbaycan paytaxtı rusiyalı turistlərin xaricə bron etdiyi uçuşların 5 %-ni təşkil edib. Pxuket isə bir faiz az göstərici ilə geridə qalıb.

Hesabat dövrü üçün xaricə olan biletlərin demək olar ki, yarısı - 48 %-i satılıb. Gözlənildiyi kimi, ən populyar istiqaməti 8 %-lə İstanbul (Türkiyə) olub, ondan sonra 6 % payla Dubay (BƏƏ) izləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.