Ölkə

İsrail səfirliyi Azərbaycanı müstəqilliyinin bərpası günü ilə bağlı təbrik edib

18 Oktyabr 2024 15:13
Baxış: 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Azərbaycandakı səfirliyi 18 Oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası günü ilə bağlı paylaşım edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin X sosial media hesabında qeyd edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.