Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsindən 4 il ötür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Füzuli şəhərinin erməni işğalından azad olunmasının 4 ili tamam olur.
Füzuli şəhəri uğrunda 2020-ci ilin 27 sentyabrından başlanan 17 oktyabr tarixinə kimi davam edən döyüşlər Vətən müharibəsinin ən çətin dövrünə təsadüf edib.
Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək, ərazini tərk etmək məcburiyyətində qalır. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilir. Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir.
Üstəlik, Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradır. Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa keçməsi onları asan düşmən hədəfi olmaqdan qoruyur. Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edir. Şəhərin azad olunmasından öncə artıq şəhər bir neçə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə alınır.
Nəhayət, 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Şanlı Azərbaycan Ordusunun aramsız həmlələri nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində Füzuli şəhəri də daxil olmaqla 30 il işğal altında qalan ərazilər düşməndən təmizlənib və ölkəmizin ərazi bütövlüyümüz bərpa edilib. Xüsusilə Şuşanın 8 Noyabr tarixində azad edilməsi müharibənin gedişatında dönüş nöqtəsi olub. Şuşa əməliyyatı Azərbaycan ordusunun hərbi hazırlığının, strateji və taktiki düşüncəsinin ən parlaq nümunələrindən biri kimi tarixə düşüb.
Qələbəmizdən cəmi 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. Səfər çərçivəsində dövlət başçısı Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunması üçün Ermənistana sülh təklif edib. Lakin Ermənistan Azərbaycanın uzatdığı sülh əlini geri çevirib və ərazilərimizdə terror aktları və təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycan lokal xarakterli antiterror tədbirləri başladıb. 24 saatdan az müddətdə erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısında təslim olmaq məcburiyyətində qalıblar.
Nəticədə, Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyublar, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olunublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildib, separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Video)
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
XƏBƏR LENTİ
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Video)
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın





