Ölkə

Pezeşkiandan Azərbaycanla bağlı etiraf: Bacaracaqmı?

14 Oktyabr 2024 21:59
Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Tehrandakı görüşündə maraqlı fikirlər səsləndirib. Birincisi, Pezeşkian deyib ki, Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. "Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir və biz Azərbaycanla daha yaxın olmalıyıq" deyən İran Prezidenti Azərbaycanla daha böyük işlər görməyin vacibliyini vurğulayıb.

Milli.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, buna baxmayaraq, Məsud Pezeşkian İran rəsmilərinin "ənənəsini" pozmayaraq "düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik" fikrini səsləndirməyi də unutmayıb:

"İki ölkə arasında münasibətlərin normallaşmasına hansısa üçüncü dövlət mane olmur, mane olanlar İranın içindədir. Bunu Məsud Pezeşkian da bilməmiş deyil. Təsadüfi deyil ki, İran prezidentinin sonrakı cümləsi bunun etirafıdır: "Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub". Önəmli olan Pezeşkianın Azərbaycana qarşı yanlış siyasət yürüdənləri bu yoldan çəkindirməsidir.

İran prezidentinin bunu bacarıb-bacarmayacağını yaxın aylarda görəcəyik".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.