Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib
Milli.Az Trend-ə istinadən xəbər verir ki, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr-2 oktyabr tarixlərində Bakı şəhərində keçirilir.
Açılış mərasimində Təşkilatın 29-cu İllik Konfransı və Ümumi Yığıncağında müxtəlif ölkələrin Baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 465-dən artıq şəxs iştirak edib.
İlk öncə Baş prokuror Kamran Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mərasim iştirakçılarına salamı və 29-cu İllik Konfrans və Ümumi Yığıncağın açılışı ilə bağlı təbriklərini çatdırıb.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iclasda çıxış edərək böyük coğrafiyanı əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Baş prokuror dostluq təməlləri əsasında keçiriləcək Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.
Azərbaycan prokurorluğunun keçdiyi inkişaf yolu barədə tədbir iştirakılarına məlumat verən Kamran Əliyev bildirib ki, ölkə prokurorluğunun müstəqil dövlətçiliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni - siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olub.
Qeyd edilib ki, Azərbaycan prokurorluğunun hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə prinsipləri ilə fəaliyyət göstərməklə beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror Kamran Əliyev, tədbirin Azərbaycanda keçirilməsi böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Həmçinin, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" adlı yüksək səviyyəli plenar iclas təşkil olunacağını qeyd edib.
Daha sonra çıxış edən Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques 29-cu İllik Konfransın və Ümumi Yığıncağın fəaliyyətə başlaması münasibətilə iştirakçıları təbrik edib, uğurlar arzulayıb.
Juan Bautista Mahiques qonaqpərvərliyə, Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə baş prokuror Kamran Əliyevə təşəkkür edib və Beynəlxalq Prokurorlar Assosiasiyasının gələcək strategiyası, hədəfləri barədə məlumat verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Bakıda binada güclü yanğın - (Foto)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
XƏBƏR LENTİ
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Bakıda binada güclü yanğın - (Foto)
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi





