Qoşa Qala qapısının qarşısındakı vəziyyət narahatlıq yaradır.
Milli.Az bildirir ki, sürücülərin sözlərinə görə, burada yol ensiz və işıqforsuzdur.
Turistlər isə sözügedən yolda avtomobillərin sıx olmasından və piyada zolaqlarının az olmasından narazıdırlar.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, İçərişəhərə avtomobillərlə giriş məhdudlaşdırılmalı və qarşısına xüsusi post qoymaqla yalnız zərurət yaranarsa, operativ nəqliyyat vasitələrinin (Təcili yardım, polis, yanğınsöndürən və.s) əraziyə daxil olmasına şərait yaradılmalıdır.
Ətraflı "AzTV Xəbər"in süjetində:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun