Ölkə

Sərgi bizi maraqlandıran əhəmiyyətli nümunələrlə doludur- Belarus ordusunun Baş qərargah rəhbəri - FOTO

25 Sentyabr 2024 15:29
Baxış: 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Belarus Silahlı Qüvvələri Baş qərargahının rəhbəri, müdafiə nazirinin birinci müavini, general-mayor Pavel Muraveyko Azərbaycanda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin kuluarlarında bildirib.

"Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir. Biz əlaqələrimizi inkişaf etdirmək və humanitar minalardan təmizləmə, hava hücumundan müdafiə qüvvələrinin öyrənilməsi, müasir hərbi münaqişələrdə kadrlara hazırlıq kimi sahələrdə bir-birimizi dəstəkləməyə çalışırıq.

Bu gün biz Baş Qərargah rəisi və müdafiə naziri ilə görüşməyi, əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə etməyi planlaşdırırıq.

Bu gün 5 yubiley sərgisi keçirilir. Burada Azərbaycan tərəfindən təqdim olunan nümunələr də daxil olmaqla bir çox maraqlı hərbi nümunələr sərgilənir. Qeyd etmək istərdim ki, sərgi Belarus Silahlı Qüvvələrinin nümayəndələrini maraqlandıran əhəmiyyətli nümunələrlə doludur. Mövcud variantları araşdıracağıq və nəzərdən keçirəcəyik", - o əlavə edib.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.