Ölkə

Ramiz Məmmədov vəzifəsindən azad edildi

24 Sentyabr 2024 19:46
Baxış: 1 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramiz Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən azad olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı əmrə əsasən, Ramiz Gülməmməd oğlu Məmmədov Naxçıvan MR sədrinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ramiz Gülməmməd oğlu Məmmədovun Naxçıvan MR Ali Məclisinin deputatı seçilməsi muxtar respublikanın Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.