Ölkə

Ceyhun Bayramov burundili həmkarı ilə görüşüb - FOTO

24 Sentyabr 2024 07:33
Baxış: 944
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Burundi Respublikasının xarici işlər və inkişafı üçün əməkdaşlıq naziri Albert Şinqiro ilə danışıqlar aparıb.

Milli.Az xəbər verir ki, bu barədə azərbaycanlı nazir X hesabında məlumat yayıb.

C.Bayramov Azərbaycanın Burundi də daxil olmaqla Afrikanın müxtəlif ölkələri ilə əməkdaşlığının xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə intensivləşdiyini məmnunluqla qeyd edib.

"Mövcud imkanlardan istifadə edərək müxtəlif formatlarda əməkdaşlığımızın daha da möhkəmlənməsinə ümid edirəm", - Ceyhun Bayramov qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.