Ölkə

“8 Noyabr”dakı məhdudiyyət qismən aradan qaldırıldı - FOTO

23 Sentyabr 2024 10:09
Baxış: 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təmirlə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov bildirib.

O qeyd edib ki, hazırda prospektin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən 7-ci Dairəvi küçəsi ilə kəsişməyə qədər ("Bravo" marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub:

"Qeyd olunan kəsişmədən Xəqani Rüstəmov küçəsinə kimi isə mərkəz istiqamətində məhdudiyyət qoyulduğundan prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin edilib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.