Təhsil

İlham Əliyevi universitetimizdə görmək bizim üçün tarixi anlar idi - Tələbə

23 Sentyabr 2024 12:21
Baxış: 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevi universitetimizdə görmək bizim üçün tarixi anlar idi.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Qarabağ Universitetinin tələbəsi Şükürzadə Solmaz deyib.

O bildirib ki, Prezident İlham Əliyev Qarabağ Universitetinin tələbələrinə xüsusi diqqət və qayğıyla yanaşır.

"Bizə yaradılan şəraitə və göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. 557 balla Qarabağ Universitetinə daxil olmuşam və İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alıram. Çox qürurluyam ki, bu universitetin tələbəsiyəm. Universitetimizdə təhsil üçün hər cür şərait yaradılıb. Seçimimdə yanılmadığımın bir daha şahidi oldum. Universitetə hazırlaşanlara tövsiyyə edirəm ki, Qarabağ Universitetini seçsinlər", - deyə, o bildirib.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.

Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.