Təhsil

Qarabağ Universitetində təhsil almaq böyük fəxrdir - ilk tələbələrin TƏƏSSÜRATLARI

23 Sentyabr 2024 12:17
Baxış: 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Xankəndidə, Qarabağ Universitetində ilk dərs günüdür.

Milli.Az xəbər verir ki, tarixi anın bir parçası olan, universitetdə təhsil alacaq tələbələr öz təəsüratlarını Trend-lə bölüşüblər

Qarabağ Universitetinin tələbəsi Bəylərzadə Çiçək Trend-ə bildirib ki, Qarabağ torpağında gəzmək özü qürurverici hissdir.

"Universitetin ilk tələbəsi olmaq isə fəxrdir. Bizə olan münasibət, qarşılama çox yaxşıdır. Bu səbəbdən hər kəsə çox təşəkkür edirəm", - deyə o əlavə edib.

Universitetlər bağlı təəssüratlarını bölüşən tələbə Gülçöhrə Şirinova qeyd edib ki, tarixi torpaqlarda təhsil almaq, Qarabağ Universitetinin ilk tələbəsi olmaq böyük fəxrdir.

"Bu gün bizim üçün çox həyəcanlı gündür. Bu hissləri bizə yaşatdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə minnətdarıq", - deyə o qeyd edib.

Azərbaycan dili və ədəbiyyat müəllimliyi fakültəsi tələbəsi Fətəliyeva Xədicə isə öz növbəsində bildirib ki, Qarabağda olmaq, bu torpaqda yaşamaq, təhsil almaq çox fərqli bir hissdir.

"Mən yüksək bal toplayaraq Qarabağ Universitetində təhsil almaq şansı qazandım. Burada olmaqdan qürur duyuram", - deyə o vurğulayıb.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.