Ölkə

Bakıda çəkisi 800 qram olan körpə doğuldu - VİDEO

21 Sentyabr 2024 10:30
Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda vaxtından əvvəl doğulan körpə süni nəfəs aparatına qoşulub.

Milli.Az bildirir ki, cəmi 800 qram çəki ilə dünyaya gələn körpə özəl klinikaların birində doğulsa da, Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyə edilərək həyati riski aradan qaldırılıb.

Həkim deyir ki, xüsusilə vaxtından əvvəl doğulan körpələrin bir xəstəxanadan digərinə köçürülməsi çox stresli və məsuliyyət tələb edən prosesdir.

O da qeyd edilib ki, institut yaxın günlərdə Heydər Əliyev fondu tərəfindən ən müasir süni ventilyasiya aparatı ilə təmin edilib.

Bu tibbi cihaz vasitəsilə isə vaxtından əvvəl doğulan körpələrdə ən çox rast gəlinən nəfəsalma problemi qısa müddətdə aradan qaldırılır.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.