Ölkə

“Nizami” metrosunun qarşısında piyadalar üçün YENİLİK - FOTO

19 Sentyabr 2024 10:54
Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal rayonu, Cəfər Cabbarlı və Əli bəy Hüseynzadə küçələrinin kəsişməsində ("Nizami" m/t-nın yaxınlığında) sürücülər və piyadalarla bağlı yaranan təhlükəli vəziyyət aradan qaldırılıb.

Milli.Az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, ərazidə işıqfor quraşdırılıb və yeni piyada keçidi çəkilib.

Belə ki, NİİM tərəfindən yolda dirəklərarası kabel-kommunikasiya xətlərində texniki işlər görülüb. Bununla yanaşı, hərəkəti tənzimləmək məqsədilə svetofor idarəetmə kontrolleri, əlavə olaraq svetoforlar və piyada svetofor bölmələri quraşdırılıb. Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qarşılıqlı görülən işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yolun kənarında olan dəmir məhəccərlər götürülüb və yola piyada zolağı çəkilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.