Ölkə

Bakının bu rayonlarında sabah qaz olmayacaq

18 Sentyabr 2024 21:36
Baxış: 1 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi və Yasamal rayonlarının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, Binəqədi və Yasamal rayonları ərazisində aparılacaq təmir-bərpa işləri ilə bağlı 19.09.2024-cü il saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, 9-cu mikrorayonda A.Babaşov, M.Məmmədxanov, Z.Fərəcov, 22-ci dağlıq, O.Musabəyov, C.Xəndan, S.Məmmədov, Ü.Hacıbəyov, İ.Cümşüdov, İ.Həşimov küçələrində və MİDA yaşayış kompleksinin Naftalan klinikası, DİN-nin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.