Ölkə

Türkiyədə nə qədər azərbaycanlı tələbə təhsil alır?

6 Sentyabr 2024 06:22
Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan vətəndaşları Türkiyənin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayına görə ikinci yer tutur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 2023/2024-cü tədris ilinin sonuna qardaş ölkənin universitetlərində 40354 azərbaycanlı təhsil alıb ki, bu da Türkiyədə əcnəbi tələbələrin ümumi sayının 12 faizini təşkil edib.

Ölkədə xarici tələbə sayına görə suriyalılar (60 750 tələbə) çoxluq təşkil edir. İlk üçlüyü isə Türkmənistan (29126 tələbə) tamamlayır.

Ümumilikdə isə ötən tədris ilində Türkiyədə 336 306 əcnəbi tələbə təhsil alıb.

"Cümhuriyyət" nəşri bildirib ki, hələ on il əvvəl Türkiyədə tələbələrin sayına görə ilk üçlükdə Türkmənistan, Azərbaycan və İran yer alıb.

"2013-cü tədris ilində Türkiyə universitetlərində Türkmənistandan 6941, Azərbaycandan 6901, İrandan 4343 vətəndaş təhsil alıb. Eyni zamanda, liderlər onluğuna iki Avropa ölkəsi daxil olub ki, onların yerini bu gün Afrika dövlətləri tutur", - deyə bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.