“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin ən sürətlisi "Bakcell", 4 sentyabr tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə jurnalistlər üçün səhər yeməyi təşkil edib.
Görüşdə "Bakcell" və "Bakı Şəhər Halqası Əməliyyat Şirkəti" nümayəndələri Azərbaycanda keçiriləcək sürət yarışının əhəmiyyəti barədə ətraflı danışıb, media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
"Bakcell"in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxışında "Bakcell" və "FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024" çərçivəsində tərəfdaşlığın təsadüfi olmadığını vurğulayıb: "Hər iki tərəf özündə sürət və innovasiyaları ehtiva edir. Aprel ayında yeni brend strategiyasını təqdim edən "Bakcell", ötən dövr ərzində bir sıra innovativ və yüksək sürətli məhsullarını istifadəçilərin ixtiyarına verib. Belə ki, şirkət ölkəmizdə mövcud ən sürətli internet xidmətini - "Fiber 1" məhsulunu təqdim edib. Bundan əlavə, "Bakcell"in yeni məhsulları olan VoWiFi (Wi-Fi üzərindən zəng) xidməti, ən geniş partnyor şəbəkəsinə malik "Bakcell Kart" və süni intellekt dəstəkli "Tarif Məsləhətçisi" müştərilərimizin xüsusi marağına səbəb olub".
Qeyd edək ki, "Bakcell" "FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024"ün rəsmi tədbir sponsorudur. Bununla bağlı "Bakcell" və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) çərçivəsində müqavilə imzalanıb.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verməyə çalışır və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qızıl yenidən bahalaşdı
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
XƏBƏR LENTİ
-
Qızıl yenidən bahalaşdı
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı





