Ölkə

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

27 Avqust 2024 09:55
Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beş aydan çoxdur ki, mənzilimin qapısı bağlıdır. Özümüz xaricdə olmuşuq, evdə isə heç kim olmayıb. Amma qayıdanda görmüşük ki, hər ay üçün bizə işıq pulu qəbzi gəlib. Biz ilin yalnız bir neçə ayı Bakıda oluruq, gedəndə də sayğacı tam söndürürük. Buna baxmayaraq, hər ay mənzilə işıq pulu üçün qəbz gəlir. Bunun səbəbi nədir?"

Milli.Az oxu.az-a istinadən bildirir ki, məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Vaqif Aydınoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq məsələni bu şəkildə izah etdi:

"Əgər vətəndaş uzun müddətə harasa gedirsə, evində olmayacaqsa və sayğacının tam dayanmasını istəyirsə, o zaman evinin sənədi ilə birlikdə "ASAN Kommunal"a yaxınlaşmalıdır. Orada "Azərişıq" bölməsində sayğac kodunun passiv edilməsi haqqında ərizə yazmalıdır.

Bundan sonra onun sayğac kodu passivə düşür və sayğac işləmir. Bu müddət ərzində nə nəzarətçi gəlir, nə də sayğac pul yazır.

Vətəndaş geri döndükdən sonra yenidən "ASAN Kommunal"a yaxınlaşıb sayğac kodunun passivdən aktivə keçirilməsi ilə bağlı ərizə ilə müraciət edir və yenidən sayğacın işi bərpa olunur".

V.Aydınoğlu əlavə edib ki, bu xidmət tamamilə ödənişsizdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.