Ölkə

Sergey Şoyqu Heydər Əliyevin məzarını ziyarət etdi

7 Avqust 2024 00:18
Baxış: 2 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu çərşənbə axşamı Bakıya işgüzar səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Şoyqu həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev, eləcə də Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.