Bu halda İranın nüfuzu məhv olacaq - Ekspert
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran istənilən halda zərbə endirməlidir. Əgər Tehran Haniyənin İran ərazisində öldürülməsini cavabsız qoysa, bu, İslam Respublikasının beynəlxalq prestijini yerlə-bir edər.
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Turab Rzayev İranın İsrailə gözlənilən hücumunu şərh edərkən deyib.
O bildirib ki, Tehranın bu hücumu cavabsız qoyması İsrailin İran ərazisinə istənilən vaxt hücum edə biləcəyi anlamına gələr:
"İranın qonağı Tehranın mərkəzində öldürüldü. Halbuki o, İran lideri ilə görüşüb, ardınca prezidentin andiçmə mərasimində iştirak etmişdi. Və bunlardan sonra Haniyənin qaldığı bina yerlə-yeksan edildi. Buna İran necəsə cavab verməlidir. Zərbə endirməsə, İran bir qüvvə kimi beynəlxalq müstəvidə ciddiyə alınmayacaq. Bunu ABŞ da bilir. Ancaq buna baxmayaraq, İsraili Yaxın Şərqdə əsas müttəfiq kimi qorumaq öhdəliyi var. Ona görə də qırıcılarını aktivləşdirir".
Politoloq İranın İsrail ərazisinə aprelin 14-də etdiyi hücumunu da xatırladaraq bildirib ki, növbəti zərbə də eyni şəkildə nəticələnsə, Tehranın nüfuzu itəcək:
"İran Qərblə birbaşa eskalasiyaya getmək istəmir. Çünki İsrailə vurduğu zərbə həddən artıq böyük olarsa, ABŞ və Böyük Britaniya İsrailin yanında çıxış eləməyə məcbur ola bilər. Buna görə də böyük ehtimal öncədən Qərbi hansısa şəkildə məlumatlandıracaq. Ancaq bu, keçən dəfəki kimi məlumat verib, raket və dron atışı olacaqsa, bunun real effekti olmayacaqsa o zaman da İranın ciddiyyəti qalmayacaq. Bu baxımdan çox təhlükəli məqamdır. İran elə bir cavab verməlidir ki, həm İsrailə Tehrana bu cür zərbələr endirməsinin təhlükəli olduğu mesajını versin, həm də Qərblə açıq konfrantasiyaya getməsin. Ona görə də ola bilər ki, İran İsrailə cavab zərbəsində ya proksi qüvvələrindən, Hizbullahdan istifadə eləməyə çalışsın, ya da yeni növ raketlər, dronlar sınaqdan keçirsin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)





