Bakıda yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Koroğlu" metrostansiyasının cənub çıxışında avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, fərdi və ictimai nəqliyyat qovşağını (park and ride) əlaqələndirən yeni multimodal nəqliyyat mübadilə mərkəzi (HUB) yaradılıb.
Bu barədə Milli.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Yaradılan multimodal HUB sayəsində sərnişinlərin avtobus, dəmiryolu və metro arasında rahat keçidi təmin ediləcək, nəqliyyatın xaotik hərəkətinin qarşısı alınacaq, habelə avtobusların boş yürüş məsafəsi azaldılmaqla əsas magistrala çıxışı asanlaşacaq.
Ərazidə, həmçinin əhalinin nəqliyyat vasitələrini park edərək ictimai nəqliyyatdan istifadəsi üçün şərait yaradılıb.
Həyata keçirilən işlər çərçivəsində metrostansiyanın cənub çıxışında dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılıb. Minik avtomobilləri üçün "park and ride" tipli 200-ə yaxın parklanma yeri təşkil edilib. Taksi minik avtomobilləri üçün duracaq yaradılıb. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, ilkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm (140, 140E, H1, 141E, 160, 171, 172, 214, M8, 60, 62, 70, 93, 184, 204) marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xaçmazda iki məktəblini maşın vurdu - Qardaşlardır
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
XƏBƏR LENTİ
-
Xaçmazda iki məktəblini maşın vurdu - Qardaşlardır
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?
-
1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Papanın qaradərili şəxsin əlini havada qoyması müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda tikilidə yanğın başladı
-
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
-
Xarkovda dağıntılar altında insanlar axtarılır
-
Plener əsərlər sərgisi açılacaq
-
Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
-
Korrupsiya barədə məlumat verənlərə 20 min manat veriləcək?
-
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb





