Mak’TAB beynəlxalq müsabiqənin qalibi olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İçərişəhər" Dövlət Tarix-Memarlığı Qoruğu İdarəsinin təşəbbüsü ilə yaradılan Tarixi Abidələrin Bərpası Məktəbi (Mak'TAB) UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Asiya və Sakit Okean Regionu üçün Ümumdünya İrs Təlim və Tədqiqat İnstitutunun təsis etdiyi beynəlxalq müsabiqənin qalibi olub. "Ümumdünya İrs Təhsilində İnnovativ Nümunələr üçün Qlobal Mükafatlar" müsabiqəsinin "Star of Discovery" kateqoryası üzrə mükafata layiq görülən Mak'TAB, dünya üzrə 100-dən çox iştirakçı arasından seçilib.
Mükafatın təqdimetmə mərasimi Hindistanda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil olunan tədbirdə baş tutub. Bununla yanaşı, eyni tədbirdə Tarixi Abidələrin Bərpası Məktəbi ilə bağlı təqdimat keçirilərək, Mak'TAB qonaqlara "Nümunəvi keys" qismində göstərilib.
Mak'TAB "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən həyata keçirilən birgə işlərə dəstək göstərmək məqsədilə yaradılıb. Tarixi Abidələrin Bərpası Məktəbi Azərbaycanda bərpaçıları təlimə cəlb edərək, onlara tarixi abidələrin bərpası istiqamətində əlavə biliklər verir.
Qeyd edək ki, Ümumdünya İrs Təhsilində İnnovativ Nümunələr üçün Qlobal Mükafatlar ("Global Awards for World Heritage Education Innovative Cases - AWHEIC) 2022-ci ildə Ümumdünya İrs Konvensiyasının 50-ci ildönümünü qeyd etmək məqsədilə təsis olunub. Müsabiqənin əsas təşkilatçısı Çin Xalq Respublikasının UNESCO üzrə Milli Komissiyasıdır. Məqsəd dünya üzrə xüsusi əhəmiyyətə malik irs təhsili nümunələrini seçmək və qlobal irs təhsili üzrə peşəkarların dialoqu və təcrübə mübadiləsi üçün beynəlxalq platforma təmin etməkdir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
XƏBƏR LENTİ
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib





