Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında BTİ Xidməti brifinq keçirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti iki yaşı münasibətilə Zəngilan rayonunun Ağalı kəndində yerləşən "Ağalı" hotelində mətbuat nümayəndələri üçün brifinq keçirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Xidmətin İcraçı Direktoru Növrəs Cəfərov bildirib ki, 2 ildir ki, Xidmət, "Böyük Qayıdış" Dövlət Proqramına müvafiq olaraq, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa-quruculuq işləri ilə məşğuldur və keçmiş məcburi köçkünlərin dayanıqlı yaşayışını təmin edəcək yaşayış məskənlərində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini, eləcə də qeyri-yaşayış təyinatlı tikililərin inşasını təşkil edir. Xidmət, həmçinin mənzil-kommunal təsərrüfatlarının idarə edilməsi, abadlıq və yaşıllaşdırma işlərinin görülməsi, yaşıllığın mühafizə edilməsi, avtomobil yollarının idarə edilməsi, qorunması, onların vəziyyətinə nəzarət edilməsi ilə də məşğuldur.
Xidmətin rəhbəri görülmüş işlərdən danışarkən bildirib ki, hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bir neçə kəndin, şəhər mərkəzlərində yaşayış komplekslərinin layihələndirilməsi və inşası işləri davam edir.
İcraçı Direktor Zəngilanda görülən işlərdən danışarkən bildirib ki, bu rayonun ərazisində Xidmətin 2 layihəsinin, Zəngilan Konqres Mərkəzinin və Ağalı Hotelinin açılışını cənab Prezident İlham Əliyev həyata keçirmişdir. Zəngilan şəhər Yaşayış kompleksinin - 104 mənzildən ibarət 2-3 mərtəbəli binaların tikintisi də bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Əlavə olaraq, 4-5 mərtəbəli yaşayış binalarının və inzibati binanın layihələndirilməsi yekunlaşdırılacaq və bu ilin sonlarında tikinti işlərinə start veriləcək.
Növrəs Cəfərov deyib ki, Zəngilan rayonunun Cahangirbəyli kəndində 242 fərdi yaşayış evindən ibarət yaşayış məskəninin yenidənqurma işləri aparılır. Kənd ərazisində, parallel olaraq, məktəb, baxça, inzibati bina, tibb məntəqəsi, bazar kompleksinin inşası gedir. Burda həmçinin, Alıbəyli, Zəngilan kəndi, Mincivan qəsəbəsinin layihələndirmə işləri də aparılır.
Xidmətin İcraçı Direktoru Qubadlı rayonunda həyata keçirilən layihələrdən danışarkən bildirib ki, hazırda bu rayon üzrə həm aktiv tikintisi icra edilən, həm də layihələndirmə mərhələsində olan bir neçə tikililər var. O, deyib ki, Mahruzlu və Zilanlı kəndlərində tikinti işləri yüksək templə həyata keçirilir. Qubadlının digər kəndi - Xanlıqda artıq şaquli planlama işlərinə başlanılıb. Muradxanlı, Hal, Həmzəli kəndlərində, həmçinin Qubadlı şəhər inzibati binasında, yaşayış kompleksində də layihələndirilmə işləri davam edir. Qubadlı şəhərindəki yaşayış kompleksinin tikintisinə bu ilin sonlarında start verilcək.
Növrəs Cəfərov bildirib ki, Cəbrayıl rayonu ərazisində də kifayət qədər çox işlər görülməkdədir.Vaxtilə öz kəhrizləri ilə məşhur olan Horovlu kəndinin ilkin mərhələsinin tikintisi bu ilin sonlarında yekunlaşacaq. Kəhrizlərin böyük əksəriyyəti isə artıq bərpa olunub. Cəbrayıl şəhərində İnzibati binanın, Xudafərin qəsəbəsi, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Soltanlı kəndlərinin layihələndirməsi davam etdirilir.
Növrəs Cəfərov, həmçinin, Xidmətin cəmiyyətin inkişafına töhfə verən sosial yönümlü layihələrdən də bəhs edib. Onun sözlərinə görə, Xidmətlə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, Universitet tələbələri 3 aylıq təcrübə proqramına cəlb ediliblər. Tələbələr öz ixtisaslarına uyğun bilik və bacarıqlarını artırmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə əyani tanış olurlar. Təcrübə proqramını uğurla bitirən tələbələrə tövsiyə məktubları təqdim edilir.
Qeyd edək ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2022-ci il, iyulun 21-də dövlət başçısının müvafiq fərmanı ilə yaradılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
XƏBƏR LENTİ
-
Pomidoru soyuducuda saxlamayın
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)





