Xocalı aeroportunun ərazisi kiçildilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarabağ və Şərqi Zəngəzurda dördüncü olan Xocalı Hava Limanı ölkəmiz, xüsusən də region üçün böyük strateji əhəmiyyətə malikdir.
Milli.Az xəbər verir ki, bunu hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.
O bildirib ki, dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır:
"Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur".
N.Xəlilova əlavə edib ki, Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkminləşdirmə işlərinin aparılması nəzərdə tutulub:
"Mövcud uçuş enmə zolağının uzunluğu 3000 metrə, eni isə 60 metrədək genişləndiriləcək. Hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək və hava limanı ən müasir səviyyəyə çatdırılacaq".
Onun sözlərinə görə, görülən işlər yüksək səviyyədə xidmətin və təhlükəsizliyin təmin edilməsinə yönəlib ki, bu da öz növbəsində regionun inkişafına, onun qlobal iqtisadiyyata inteqrasiyasına, həmçinin regional əlaqələrin möhkəmlənməsinə əlavə töhfə verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)





