Ölkə

Azərbaycanda halal turizm xidmətləri nə yerdədir? - VİDEO

5 İyul 2024 14:36
Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlanır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmaqda olan dövlət standartı islam qaydalarına cavab verəcək.

Rəsmi statistik məlumatlara əsasən, hər il Azərbaycana ərəb ölkələrindən 300 minə yaxın turist axın edir. Nəzərdə tutulan  standart isə turizm sektorunu müsəlman ölkələrindən gələn, eyni zamanda yerli turistlər  üçün daha cəlbedici etmək,  həmçinin turizm xidmətlərini bu standartların tələblərinə uyğunlaşdırmaq və müsəlman turistlərin artan tələblərini qarşılamaq məqsədilə hazırlanır.

Hazırlanacaq standartda isə müsəlman turistlərin istirahəti üçün halal qida, halal kosmetika, eyni zamanda halal dərman vasitələri barədə tələblər qoyulub. Bununla yanaşı, həmin turistlər üçün bir sıra yeni xidmətlər də göstəriləcək. 

Ekspertlər isə bildirirlər ki, bir çox ölkələrdə mövcud olan halal turizm standartının Azərbaycanda da tətbiq edilməsi turizm sektorununun, eyni zamanda göstərilən xidmətlərin bir neçə istiqamətdə yaxşılaşmasına səbəb olacaq.

Qeyd edək ki, halal turizm standartının bu ildən həyata keçirilməsi nəzərdə tutulur.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.