Azərbaycanlı şagirdlər Anadolu Liseyindən çıxarılır? - Direktordan cavab
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Türk Anadolu Liseyində oxuyan azərbaycanlı şagirdlərin təhsil müəssisəsindən kütləvi şəkildə çıxarılacağı ilə bağlı iddialar yayılıb.
Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya övladı həmin liseydə oxuyan bir qrup valideyn müraciət edib.
Onlar bildirirlər ki, məktəbdə illərdir təhsil alan uşaqları Azərbaycandakı digər təhsil müəssisələrindən fərqli proqramla oxuyublar. İndi təhsillərini başqa məktəblərdə davam etdirmələri çətinlik törədə bilər. Liseyin Azərbaycan və Türkiyə türklərinin bir yerdə oxuması üçün yaradıldığını söyləyən valideynlər azərbaycanlı şagirdlərin məktəbdən yarımçıq çıxarılmasını haqlarının pozulması kimi qiymətləndirirlər.
"Liseydə 9-cu sinifdə imtahan keçirilir və ən yüksək bal toplayan şagirdlər liseyə yenidən qəbul edilir. Ancaq liseydən sızan son qeyri-rəsmi məlumat biz azərbaycanlı şagirdlərin valideynlərini çox narahat edir. Belə ki, bu il liseyə qəbulu planlaşdırılan 150 şagirddən 120 nəfərinin Türkiyə, 30 nəfərinin isə azərbaycanlı olacağı deyilir. Yəni, azərbaycanlı şagirdlər kənarlaşdırılacaq. Hazırda 9-cu sinfi bitirən 7 sinfin sayının azaldılaraq 5-ə salınacağı deyilir.
Həmçinin, əldə etdiyimiz məlumata görə, imtahanda Türkiyə vətəndaşları üçün 200 bal keçərlidir, Azərbaycan vətəndaşları üçün isə 300 bal müəyyənləşib. Biz imtahan nəticələrinin şəffaf formada elan olunmasını istəyirik, amma onu da açıqlamırlar ki, hansı şagirdin neçə bal topladığını görə bilək", - valideynlər bildiriblər.
Şikayətçilər artıq 2 ilə yaxındır ki, məktəbə yeni qəbul edilən şagirdlərin ya valideynlərindən birinin, ya da hər ikisinin Türkiyə vətəndaşı olanlar arasından seçildiyini iddia edirlər.
Məsələ ilə əlaqədar Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmazla əlaqə saxladıq. O, saytımıza açıqlamasında yayılan iddiaların əsassız olduğunu deyib: "Qəti şəkildə belə bir şey yoxdur. İndiyə qədər heç bir şagirdi liseydən çıxarmamışıq və çıxarmayacağıq da. Belə bir qərar qəbul olunmayıb, bunu kim söyləyibsə, düz söyləməyib.
Hətta azərbaycanlı şagirdləri qəbul etmək üçün "kontenjan" (kvota: red) verilib. Bu, daha öncə olmayan bir şeydir. Yəni, azərbaycanlı şagirdlərin liseydən çıxarılması ilə bağlı hal yoxdur".
A.Yılmaz həmçinin 9-cu sinif imtahanında azərbaycanlı şagirdlərə az yer ayrılması və digər məsələlərə də münasibət bildirib: "Belə bir şey yoxdur. Biz dövlət qurumuyuq, Türkiyə Cümhuriyyətinin buradakı məktəbiyik, bizdən eşitmədiyiniz heç bir şeyə əsla inanmayın".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
XƏBƏR LENTİ
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər





