Ölkə

Zakir Həsənov Minskdə hərbi paradda iştirak edəcək

2 İyul 2024 15:35
Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 2-də Belarusa səfər edib.

Milli.Az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.