Ölkə

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

4 İyul 2024 16:08
Baxış: 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti ilə mürəkkəb ərazi şəraitində döyüş dəstək vasitələrinin imkan və qabiliyyətlərinin qiymətləndirilməsi, qarşılıqlı əlaqənin təşkili və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə taktiki-xüsusi təlim keçirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, nazirliyin rəhbər heyəti təlimin gedişatını izləmək üçün qoşun növlərinin idarəetmə məntəqələrində olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, müasir idarəetmə sistemlərinin və yüksək texnologiyaların tətbiqi ilə keçirilən təlimdə hərbi qulluqçular tapşırıqları peşəkarlıqla yerinə yetirir.

Təlimin keçirilməsində əsas diqqət komanda-idarəetmənin təşkili, o cümlədən komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.