Ölkə

Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?

2 İyul 2024 11:48
Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyi qadağan edilib. Parlamentdə Ailə Məcəlləsinə dəyişiklik layihəsinin təsdiqi müzakirələrə səbəb olub.

Milli.Az "Bizim.media"ya istinadən xəbər verir ki, müzakirələrdən biri də qohumlar arasında hazırda nişanlı olanların nikahına icazə verilməsi məsələsidir.

Maraqlıdır, yeni qaydalar hansı tarixdən tətbiq ediləcək?

Məsələyə aydınlıq gətirən millət vəkili Fazil Mustafa bildirib ki, qaydalar bir ildən sonra qüvvəyə minəcək: "Qohum evlilikləri ilə bağlı yeni qaydalar 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də bu məsələdə tələsiklik yoxdur, yəqin ki, bu istiqamətdə müzakirələr davam edəcək. Qanun qəbul edilib, Prezident qanunu imzalayandan sonra qüvvəyə minir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.