Ölkə

Kanada səfiri: Azərbaycanın COP29-la bağlı hazırlıqları təqdirəlayiqdir

29 İyun 2024 20:05
Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan bu tədbirin bütün dünya üçün çox əhəmiyyətli fəaliyyət olduğunu bilir və hazırda bu istiqamətdə atdığı addımlar çox təqdirəlayiqdir.

Milli.Az xəbər verir ki, bunu "Report"a Kanadanın Türkiyə, Gürcüstan və Azərbaycan üzrə səfiri olan (iqamətgahı Ankarada yerləşir) Kevin Hamilton bildirib.

"Bu baxımdan, əminəm ki, Bakı dünyanın böyük dövlətlərinin də iştirak etdiyi bu möhtəşəm tədbirin öhdəsindən uğurla gələcək. Kanadanın nümayəndə heyəti də COP29-da təmsil olunacaq", - səfir vurğulayıb.

K.Hamilton əlavə edib ki, etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmək üçün gələn həftə Bakıya səfər edəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.