Ölkə

Laçının bərpasının ikinci mərhələsi başlayacaq - Məsim Məmmədov

28 İyun 2024 13:43
Baxış: 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın yarım il ərzində Laçın şəhərinin bərpasının ikinci mərhələsi başlayacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

"Qarşıdakı yarım il üzrə planlardan danışarkən, ilk növbədə, Bəylik kəndinin tikintisinin başa çatdığını və 91 ailənin köçürüldüyünü qeyd etmək yerinə düşər. Güləbird kəndinin tikintisinin birinci mərhələsinin də yekunlaşması planlaşdırılır.

Bu il 12 min hektar kənd təsərrüfatı sahəsinin suvarılması üçün nəzərdə tutulan, tutumu 26 milyon kubmetr olan Zabuxçay su anbarının tikintisi başa çatdırılacaq. Bundan başqa, bölgədəki ən böyük kənd olan Minkənd kəndinin bərpasının layihələndirilməsi davam edir", - o deyib.

Bundan başqa, M.Məmmədov Laçın şəhərinin yenidən qurulmasının ikinci mərhələsinə də başladılacağını, buraya 400 ailəlik müasir yaşayış kompleksinin tikintisinin də daxil olduğunu qeyd edib.

"Həmçinin, müəssisələrin sayını artırmağa davam edirik: bu il toxuculuq fabriki, trikotaj istehsalı müəssisəsi və efir yağları fabriki fəaliyyətə başlayacaq. Beləliklə, növbəti altı ay ərzində bölgənin yenidən qurulması və inkişafı üzərində fəal işləyəcəyik", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.