Ölkə

Şəhid Elman Cavadovun nəşinin qalıqları Sumqayıtda torpağa tapşırıldı

28 İyun 2024 13:20
Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavadov Elman Xurşud oğlunun meyitinin qalıqları Sumqayıt şəhərində torpağa tapşırılıb. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün şəhidin evində vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, qazilər, eləcə də şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra Elman Cavadovun nəşi şəhərdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Sumqayıt Şəhər Veteranları Şurasının sədri, şəhid atası Sovet Şükürov Elman Cavadovun qardaşına tabuta bükülən Azərbaycan Bayrağını təqdim edib.

Qeyd edək ki, Cavadov Elman Xurşud oğlu 1992-ci ildən itkin düşmüş sayılırdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.