Natiq əsir düşəndə niyə idman paltarında idi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Azərbaycan Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımovun axar.az-a müsahibəsini təqdim edir:
- Mümkünsə, Natiq Qasımovun uşaqlığından danışın: necə uşaq idi?
- Dəcəl uşaq olub, ancaq sözəbaxan idi. Hara göndərmişiksə, yarıdıb gəlib. Bütün qonşular istəklərini Natiqə deyir, Natiq də hamısının öhdəsindən gəlirdi.
- Daha çox nəyə maraq göstərirdi?
- İdmana marağı böyük idi. Şəhərdəki (Natiq Mingəçevirdə böyüyüb - red.) bütün idman növləri məşqlərinə gedib. O vaxt 9 may (Qələbə günü - red.) və 7 noyabr (Oktyabr inqilabı - red.) təmtəraqlı, bayram kimi keçirilirdi, paradlar olurdu. Həmin paradlarda böyük maşınların yük yerinə xalçalar sərirdilər. İdmançılar o xalçaların üzərində tribunada nümayişlər göstərirdilər. Hər paradda Natiq xalça üstündə hansısa bir idman növünü sərgiləyirdi.
- Məktəbdə necə, dərsləri ilə arası necə olub?
- Oxuyan şagird olmayıb, dərslərindən zəif idi. O, daha çox sənət sahibi olmağa maraqlı idi. Hələ orta məktəbdə oxuya-oxuya şəhərimizdəki ən böyük kinoteatrda - "Kosmos"da kinomexanik işləyirdi. O kinoteatrda 800-ə yaxın tamaşaçı filmə baxırdı. Balaca uşağa o boyda kinoteatrı həvalə eləmişdilər. Natiq də öhdəsindən gəlirdi.
- Dava-dalaşları çoxmu olurdu?
- Məktəbdə davası olmayıb. Natiq itkin düşəndən sonra həmin məktəbin direktoru - yaxın vaxtlarda rəhmətə gedib - həmişə onun adını nümunə kimi çəkirdi. Yəni oxuyan olmasa da, təlim-tərbiyədə nümunəvi şagird olub. Ancaq məhəllədə davaları olurdu.
Bu yerdə Natiqin uşaqlıq dostu, döyüş yoldaşı, 1-ci Qarabağ əlili Zaməddin Novruzov söhbətə müdaxilə edir:
- Uşaq idik. Novruz ərəfəsində məhəllədə tonqal yandırılmışdı. Tonqalın ətrafına böyüklü-kiçikli hamımız yığılmışdıq. Qardaşım ayağını tonqala yaxın qoyduğu üçün ayaqqabısının altı əridi və ocağın qızdırdığı dəmirə yapışdı. Qardaşım ayağını çəkmək istəyəndə artıq gec idi. Ayağı yanırdı. Ətrafda olan hamı qorxdu. Çünki ayaqdan başlayan yanğın genişlənərək, qardaşımı əhatə edirdi. Natiqin həmin an cəsarətli addımı indi də xatırlanır. O, kənara çəkilən digərlərindən fərqli olaraq özünü odun içinə atıb, zəif cüssəsi ilə qardaşımı çəkdi, dartdı, nəhayət qopararaq kənara atdı. Yəni hələ uşaqlıqdan cəsarətli idi, özünü təhlükəyə atıb, daha böyük faciənin qarşısını almağa meylli olub
Zaməddin Novruzov uşaqlıq dostu və döyüş yoldaşı haqda danışmağın onun üçün çətin olduğunu deyir. Nofəllə davam edirik:
- Əsgərliyini harada keçib?
- Rusiyada Krasnayardski vilayətində Daxili Qoşunlarda hərbi xidmətdə olub. Əsgərlikdə olduğu müddətdə komandirlərindən bizə 200-dən çox təşəkkürnamə gəlib. Bir dəfə atamla hərbi hissəyə onun yanına getmişdim. Hərbi hissədə onun komandiri atamla məni 3-4 gün qonaq saxladı ki, belə bir şərəfli oğul böyütmüsünüz.
- Hərbi xidmətdən kimə məktub göndərirdi?
- Hamımıza - hər birimizə məktub yazırdı, heç kimin könlünün sınmasını istəmirdi. O vaxtlar poçt qutusu var idi, qutuya məktub gələndə hərəyə bir məktub gəldiyini görürdük. Bacılarıma, mənə, anama, hətta yazıb-oxuması da olmayan qoca nənəm var idi, ona da yazırdı ki, inciməsin. "Nənəm necədir", - deyə halını isə bizdən soruşurdu.
- Qarabağda hansı bölgələrdə döyüşüb?
- O, döyüşlərdə "Qarabağ şahinləri" dəstəsində olub. İndi Pirlər kəndi adlandırılan kənd, eləcə də Xanabad kəndi, Əsgəran, Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. Xüsusilə Ağdam və Xocalı ərazisində vuruşub.
- Son görüşünüz nə vaxt olub?
- Axrıncı dəfə 1992-ci ilin 27 fevralında görüşmüşük. Heç nə danışa da bilmədik. Gəldi, üst-başı tozun-torpağın içində, çox yorğun idi, ağzı üstə düşüb yatdı. O vaxt bütün əsgərlər qanqalın içində yatırdı. Hərbi geyimi belə yox idi. Müharibəyə də ayağında rezin çəkmə, əynində atamın idman geyimi ilə yollanmışdı. Əsir düşəndə fotosu çəkilib, həmin idman formasıdır. O idman geyimini mən Rusiyada yaşadığım vaxt atam yanıma qonaq gələndə ona hədiyyə kimi almışdım. Natiq birinci dəfə döyüşlərdən qayıdanda atamın idman geyimini istədi. Dedi, oralarda hava soyuqdur. Yanvar-fevral ayları idi. Qarabağ da dağlıq ərazi olduğu üçün qış ümumiyyətə sərt keçirdi. Az müddət sonra da əsir düşdü...
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
Fernando Muslera karyerasını bitirir
-
Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti - (Video)
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto/Video)





