Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu işini başa çatdırıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonundakı Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu iyunun 25-də başa çatıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iyunun 24-də işə başlayan və ictimai birliklərdən 200-dək təmsilçinin iştirak etdiyi forumun ikinci günündə "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları" və "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzularında panel müzakirələr keçirilib.
"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri Ayaz Mirzəyevin moderatorluğu ilə keçən "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları"panelində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları haqqında ətraflı məlumatlar veriblər.
Forum iştirakçılarına Ermənistan respublikasının mineral xammal resurslarının - dağ-mədən sənayesinin xəritəsi təqdim olunub. Bildirilib ki, 3 dildə hazırlanan xəritədə Ermənistandan Azərbaycana axan çayların çirkləndirilməsi faktları öz əksini tapıb. Xəritədə istismar olunan və istismarı dayandırılan faydalı qazıntı mənbələri barədə məlumatlar yer alıb və ekologiyanın çirklənməsinə səbəb olan zavodların məkanları öz əksini tapıb. Bildirilib ki, bu zavodlar əsasən Zəngəzur ərazisində yerləşir.
Ekologiyanın çirklənməsinə səbəb olan zavodlardan atılan tullantılar Araz çayının qollarına axıdılır. Bundan başqa, müzakirələrdə Ermənistanın Naxçıvanla sərhəddə yerləşən zavodlarının hava qatına və su mənbələrinə, həmçinin bitki örtüyünə vurduğu fəsadlar haqda da danışılıb. Qeyd olunub ki, sadalanan faktlar ekologiya ilə yanaşı, Sədərək rayonunun ərazisində yaşayan 23 min nəfər əhali üçün də ciddi təhlükə sayılır.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənovun moderatorluğu ilə keçən "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" adlı panel müzakirədə isə COP29-un Təşkilat Komitəsinin üzvü, "Smart Nation" platformasının təsisçisi Şəbnəm Məmmədova, COP29-un Təşkilat Komitəsinin üzvü, "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri Gülşən Axundova, COP29-un Təşkilat Komitəsinin üzvü, "EkoSfera Sosial Ekoloji Mərkəzinin sədri Firuzə Sultanzadə, COP-lar üzrə ekspert İsa Əliyevin çıxışları dinlənilib. Çıxışlarda iqlim dəyişməsinə təsir edən amillərdən, ekoloji fəsadların aradan qaldırılması üçün görülən tədbirlərdən söhbət açılıb.
Bildirilib ki, Azərbaycanın COP29 kimi möhtəşəm bir tədbirə ev sahibliyi etməsi təqdirəlayiq haldır. Panel müzakirədə Qarabağ və Şərqi Zəngəzurda görülən işlərdən də söhbət açılıb. Qeyd edilib ki, işğaldan azad olunan ərazidə yaşıl enerji prioritet məsələ kimi yer alır. Həmçinin müzakirələrdə yaşayış məntəqələrində yeni nəsil texnologiyalardan istifadə olunmasının əhəmiyyəti vurğulanıb.
Panel müzakirələr bitdikdən sonra "Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti" oxunub.
Tədbirin sonunda bədii hissə təqdim olunub.
Bununla da Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu işini başa çatdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
XƏBƏR LENTİ
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto/Video)





