Ölkə

Müşfiqabad qəsəbəsində qadın piyadanı avtomobil vurub

23 İyun 2024 08:55
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Şamaxı yolunun 22-ci km-yində 49 yaşlı qadını avtomobil vurub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə magistral yolun Müşfiqabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Şahbazova Süsən Əliağa qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.