Türk NATO-su yarana bilər? - Şuşada mühüm təklif
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bölgədə "Türk NATO-su" və ya "Türk KTMT-si" yaratmaq mümkündürmü? Əhəmiyyətlisi odur ki, təklifi türk dövlətləri arasında inteqrasiyada daha çox maraqlı olan Türkiyə və ya Azərbaycan təmsilçisi deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətin nümayəndəsi (Qırğızıstanın Azərbaycan və Gürcüstandakı keçmiş səfiri Kayrat Osmanaliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı regional təhlükəsizliyin təmin edilməsi sahəsində türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsinin, daha doğrusu, NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasının zəruriliyini vurğulayıb) səsləndirib.
Milli.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, təqdirəlayiq təklifdir, ancaq reallaşması çətindir:
"Çünki, eyni dövlətlərin iki hərbi blokda təmsil olunmaları mümkün görünmür. Misal üçün Qazaxıstanın və ya Qırğızıstanın həm "Rusiya KTMT-si"ndə, həm də "Türk KTMT-si"ndə təmsilçiliyi mümkün deyil. "Türk KTMT-si"nin formalaşması üçün Türkiyə NATO-dan, Qazaxıstan və Qırğızıstan isə KTMT-dən çıxmalıdırlar.
Buna baxmayaraq, türk dövlətləri arasında hərbi əməkdaşlığın zəruri olması barədə təklifin səsləndirilməsini və bu ətrafda müzakirələrin aparılmasını müsbət qiymətləndirmək olar. Hərbi əməkdaşlığı elə Türk Dövlətləri Təşkilatı çərçivəsində də başlamaq və inkişaf etdirmək mümkündür. Türkiyə-Azərbaycan hərbi ittifaqını Mərkəzi Asiyaya yaymaq olar. Bunun üçün xüsusi hərbi təşkilata ehtiyac yoxdur, Mərkəzi Asiyanın türk dövlətlərinin Şuşa Bəyannaməsinə qoşulmaları hərbi əməkdaşlıq və təhlükəsizlik məsələlərini ehtiva edəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
XƏBƏR LENTİ
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
-
Ən inqilabçı bürclər
-
Bəxtiniz bağlanıbsa tez yatağın altına baxın
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
-
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)
-
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur





