Nikol elan etdi: KTMT-dən çıxacaq – Rusiyanın cavabı...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paşinyan KTMT-dən çıxacaqlarını rəsmən elan etdi. Ermənistan təşkilatda fəaliyyətini məhdudlaşdırsa da, indiyə qədər çıxmaqla bağlı yüksək səviyyədə mövqe açıqlamamışdı. Və rəsmi İrəvanın KTMT ilə bağlı sərgilədiyi mövqe daha çox Azərbaycan qarşısında təşkilatın dəstəyini qazanmaq, Rusiyanın mövqeyinə təsir etmək və Qərb qarşısında qiymətini artırmağa bənzəyirdi. Hərçənd, Paşinyanın açıqlamasından sonra özünün də dediyi kimi "geridönüşün olmayacağı" görünür.
Milli.Az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
Erməni baş nazir bu açıqlamanı parlamentdə müxalifətin ittihamlı suallarını cavablandırarkən verib, lakin Obrayenin səfəri və ABŞ-Ermənistan strateji dialoqunun keçirilməsindən sonra verilən bu bəyanatın arxasında Vaşinqtonun da istəklərinin olduğu ehtimalı ön plana çıxır. İstisna deyil ki, ABŞ Ermənistandan verəcəyi dəstək qarşılığında KTMT-dən ayrılmağı yekunlaşdırmasını istəyib.
Ermənistanın KTMT-dən çıxması Rusiyanın bu ölkədəki hərbi mövqelərinin də zəifləməsini sürətləndirəcək. Moskvanın bu reallıqla barışacağı sual altındadır, lakin Rusiyanın hazırda Ermənistana hərbi və siyasi təsir imkanları o qədər də effektiv deyil. Bundan fərqli olaraq, iqtisadi rıçaqların işə salınması Ermənistan üzərində təsiredici faktor ola bilər. Misal üçün, təkcə erməni yük maşınlarının önünün kəsilməsi Ermənistan iqtisadiyyatı üçün ciddi itkilərə səbəb olur. Bu baxımdan, Rusiyanın iqtisadi rıçaqlaran istifadə edəcəyi mümkün variantlardandır, lakin bu, Moskvanı dilemma qarşısında qoyur. Çünki iqtisadi rıçaqlardan istifadə erməni əhalisinin zərər çəkməsi ilə nəticələnir və bu, Rusiyanın erməni ictimaiyyətinin dəstəyini qazanmaq siyasətinə ziddir, o cümlədən, Ermənistan hakimiyyətinin ictimai rəydə antirusiya siyasətini əsaslandırmaq imkanlarını artıra bilər.
Moskvanın Gümrüdəki bazasına təhlükə yaranmadığı müddətdə İrəvanla ehtiyatlı mövqeyini davam etdirəcəyi, buna paralel olaraq, bölgədəki mövqelərini qorumaq üçün Azərbaycanla daha çox işləmək siyasətini izləyəcəyi görünür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
XƏBƏR LENTİ
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
-
Ən inqilabçı bürclər
-
Bəxtiniz bağlanıbsa tez yatağın altına baxın
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
-
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)
-
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur





