Daxili TV antenası ilə yayımlanan kanallarda yaranan problemlərə aydınlıq gətirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Audiovizual Şura bəzi vətəndaşların daxili TV antenası ilə birbaşa Bakı Teleqüllə Kompleksindən yayımlanan kanalların izlənməsində yaşadıqları çətinliklərlə bağlı müraciətlərinə aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq Şuradan bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisinin çox hissəsində Bakı Teleqüllə Kompleksindən 85-95 km məsafədə təmiz siqnal var.
Çünki bu stansiyada istismar olunan televiziya vericilərinin gücü və verici antenaların gücləndirmə əmsalı kifayət qədər yüksək, antenaların hündürlüyü isə təxminən 400-450 metr arasındadır:
"Lakin Bakı şəhəri və Abşeron yarımadasının bəzi yerlərində relyefin nahamar olması, yeni hündür mərtəbəli binaların inşası səbəbindən düz radiogörmə təmin olunmur və ya müxtəlif böyük ölçülü maneələr (divarlar, keçirici materiallardan ibarət olan çərçivələr, təpələr və s.) olduğu təqdirdə yerüstü televiziya yayımının aparıldığı desimetrlik dalğalar bu maneələri aşa bilmir və ona görə də qəbul şərtləri pozulmuş olur".
Həmçinin qeyd edilib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində cari ilin mart ayından etibarən, bir çox TV kanalları DVB-T2 standartı üzrə sınaq yayımları həyata keçirir:
"Bu standart 2014-cü ildən qabaq istehsal olunmuş TV qəbuledicilər tərəfindən dəstəklənmir. Qeyd edək ki, yeni standart barədə qabaqcadan ictimaiyyətə müvafiq qaydada məlumat verilib".
Audiovizual Şura sözügedən problemlə qarşılaşan vətəndaşlara bu barədə qurumu məlumatlandırmağı tövsiyə edib:
"Məsələni yerində monitorinq etdikdən sonra digər aidiyyəti qurumlarla birlikdə problemin həlli istiqamətində müvafiq addımlar atılacaq".
Qeyd edək ki, sosial şəbəkələrdə bəzi vətəndaşlar paylaşımlar edərək daxili TV antenası ilə birbaşa teleqüllədən yayımlanan kanalların izlənməsində dalğa problem ilə qarşılaşdıqlarını bildiriblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - (Foto)
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
İmişlidə zəlzələ olub
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - (Foto)
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib





