Ölkə

Netanyahunun “xəritəsi” də, SOCAR-a hücum da... - FOTO

2 İyun 2024 20:45
Baxış: 2 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu hücumu təşkil edən və planlaşdıranlar Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə kölgə salmağa çalışırlar.

Milli.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu SOCAR-ın İstanbul ofisini təşkil edilən hücumu şərh edərkən deyib.

O bildirib ki, başda Misir olmaqla, bir neçə ərəb dövləti də enerji sahəsində İsraillə sıx əməkdaşlıq edir:

"Ancaq onların adlarını çəkən yoxdur. İsraili idarə edənlər də diqqətli olsunlar. Baş nazir Benyamin Netanyahunun oğlunun paylaşdığı "kürd xəritəsində" Azərbaycana ərazi iddiası var və bu təxribatdır. Netanyahunun oğlunun paylaşdığı təxribatçı xəritə SOCAR-a hücum edənlərə "pas" ötürməsidir. İsrail Xarici İşlər Nazirliyinin bu məsələyə aydınlıq gətirməsinə ehtiyac var".

Qeyd edək ki, bir qrup şəxs SOCAR-ın İstanbul ofisinə basqın edib. Onlar SOCAR-ın İsrailə neft satmasına etiraz etdiklərini bildiriblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.